Respublika Klinik Xəstəxanasının terapevti Nəsibə Quliyeva - "Həkimlərimizi tanıyaq!" rubrikası
23.04.2026 08:07

Respublika Klinik Xəstəxanasının həkim-terapevti Nəsibə Quliyeva Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağıdır.


O, 1980-1986-cı illərdə Azərbaycan Tibb Univerrsitetinin II Müalicə profilaktika fakültəsində təhsil alıb. 1986-1987-ci illərdə M. M. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında internatura keçib.
1988-1995-ci illərdə 16 saylı Tibbi Sanitar hissədə həkim-terapevt kimi çalışıb. 1995-ci il ildən etibarən Respublika Klinik Xəstəxanasında terapevt olaraq fəaliyyət göstərir.

Nəsibə Quliyeva 2007-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda “Kliniki Kardiologiya” kursunu bitirib. 2008-ci ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2017-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda “Kəskin böyrək çatışmazlığı”, 2018-ci ildə “Kliniki elektrokardioqrafiya” və “Exokardioqrafiya” kurslarını keçib.
2020-ci ildə Türkiyə Respublikası Başkent Universitetinin Ankara Xəstəxanasında exokardioqrafiya və koronar reanimasiya şöbəsində nəzəri və praktiki təcrübə proqramını tamamlayıb.

O, yerli və xarici jurnallarda olmaqla 17 elmi məqalənin müəllifidir. Bir sıra yerli və beynəlxalq elmi konfransların iştrakçısıdır.


“Azərbaycan Kardioloqlar Cəmiyyəti”nin və “Azərbaycan Hepatoloqlar və Qastroentroloqlar İctimai Birliyi”nin üzvüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır