Uşaq xəstə olarkən tez-tez edilən üç səhv  
26.04.2026 10:37
Ailədə uşağın xəstələnməsi böyük həyacan və narahatçılığa səbəb olur. Lakin bundan qorxmaq və təşvişə düşmək lazım deyil. Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla "göruşəndə" inkişaf edir, möhkəmlənir, daha mükəmməl olur. Bu təbii fizioloji prosesdir. Həkimin fikrinə görə, hər bir uşağın 1 il ərzində 4-5 dəfə xəstələnməyə "hüququ"var. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.
 
Bu barədə Aztibb.az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Afət Əsgərova bildirib.
 
Həkim qeyd edib ki, bir çox valideynlər soyuqdəymə və qripp zamanı uşağa düzgün baxım qaydalarını bilmir və bu kimi səhvlər edir:
1. Qızdırması olan uşağı isti otaqda saxlmaq, üstünü isti yorğanla örtmək və.s Bu yalnız hərarətin artmasına, uşağın vəziyyətinin daha da ağırlaşmasna gətirib çıxardacaq. Əksinə otaqda temperaturanı aşağı salmaq, uşağı yüngül geyindirmək, üstünü yüngül örtmək lazımdır.
2. Həkimlə məsləhətləşmədən uşağa antibiotiklər vermək, bu çox yayılmış və ciddi səhvdir. Soyuqdəymə və qrip xəstəlikləri virus tərəfindən törədilir ki, antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həkim tərəfindən və buna ciddi səbəb olanda uşağa təyin edilir. Səbəbsiz qəbul olunan antibiotik orqanizmə yalnız ziyan vurur.
3. Xəstə uşağı zorla yedizdirmək, kalorili yeməkləri vermək. «Uşaq yaxşı yesin ki, sağalsın» kimi fikirlər yalnışdır. Əksinə xəstəlik zamanı uşağın yeməyi yüngül və duru olmaldır. Uşaq yemək istəmirsə, onu zorla yedizdirməyin, ona bol maye verin. Bu uşağın vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır