Pirallahı Tibb Mərkəzində daha bir uğurlu əməliyyat  
28.07.2025 13:46
Pirallahı Tibb Mərkəzinə 58 yaşlı (kişi cinsli) şəxs qarının ön divarında və hər iki qasıq nahiyəsində olan ağrılar, eləcə də böyük ölçülü şişkinlik şikayətləri ilə müraciət edib. Müayinə zamanı pasiyentə qarının ön divarının ventral yırtığı (keçməzliklə, lakin qanqrenasız) və iki tərəfli qasıq yırtığı diaqnozu qoyulub.
 
Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, xəstə dərhal cərrahi müdaxiləyə cəlb olunub. Əməliyyat zamanı qarının ön divarındakı ventral yırtıq alloplastik tor vasitəsilə bərpa edilib. Hər iki qasıq yırtığı isə Lichtenstein (Lixşteyn) üsulu ilə, yenə alloplastik tor tətbiq olunmaqla aradan qaldırılıb.
 
Cərrahi müdaxilə Pirallahı Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin yeni kollektivi həkim-ümumi cərrahları — operativ müdaxiləni icra edən Qabil Kərimov və assistent Şükür Abdullayevin, habelə həkim-anestezioloq-reanimatoloq Sahil Rzayevin və digər tibbi heyətin iştirakı ilə uğurla başa çatdırılıb.
 
Əməliyyatdan sonra xəstənin vəziyyəti stabil və kafi olaraq qiymətləndirilir, hazırda onun müalicəsi davam etdirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır