Azərbaycan və Çin arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
28.07.2025 12:30

Səhiyyə naziri Teymur Musayevlə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb:“Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb”.

 

Teymur Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib.

 

Çin səfiri Lu Mey iki ölkə arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək, səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

 

Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır