AMEA Biologiya və Tibb Elmləri Bölməsində tanınmış türk alimi ilə görüş keçirilib    
28.07.2025 13:10

AMEA-nın vitse-prezidenti, AR ETN Molekullyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Türkiyə Respublikası Yeditepe Universitetinin Hüceyrə və Gen Terapiyası Mükəmməllik Mərkəzi İdarə Heyətinin sədri, Mühəndislik fakültəsinin Genetika və biomühəndislik Bölümünün rəhbəri, Biotexnologiya İnstitutunun direktoru, Elmi-Tədqiqat və Analitik Mərkəz Laboratoriyalarının koordinatoru prof. Dr. Fikrəttin Şahinlə görüşüb.

 

Aztibb.az xəbər verir ki, görüşdə ortaq maraq doğuran istiqamətlərdə Türkiyə və Azərbaycanın elmi təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqat layihələrin hazırlanması və icrası, gənc elmi kadrların hazırlığı və mübadiləsi, digər bu kimi məsələlər geniş şəkildə müzakirə edilib.

 

Məlumat üçün birdirək ki, prof. Dr. Fikrəttin Şahin 2012-ci ildə Türkiyə Elmlər Akademiyasının (TÜBA) həqiqi üzvü seçilib, 2015-2018-ci illərdə Türkiyə Səhiyyə İnstitutları Rəhbərliyi (TÜSEB) İdarə Heyətinin üzvü, 2013-2019-cu illərdə isə TÜBA Şurasının üzvü olub. H indeksi 79, i10 indeksi 369 olan tanınmış alim klinik, ərzaq, ətraf mühit və bitki mənşəli mikroorqanizmlərin molekulyar identifikasiyası, xarakteristikası və sənayedə tətbiq olunan bioloji firləşmələrin hazırlanması, antimikrob materialların inkişafı və istehsalı, kök hüceyrə, gen terapiyası və xərçəng mövzusunda elmi araşdırmalar aparır. Prof. Fikrəttin Şahin 554 elmi məqalə, 513 tezis, 40 kitab fəsli, 7 kitab nəşr edilmiş, 245 patentin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır