Uzunmüddətli stres bir çox sağlamlıq problemlərinə səbəb ola bilər
25.07.2025 15:22
Stres orqanizmin təbii müdafiə reaksiyasıdır və qısa müddətli olduqda bəzən motivasiyaverici də ola bilər. Lakin stresin uzun müddət davam etməsi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzin həkim-terapevti Humay Usubova bildirib.
 
Həkim qeyd edib ki, xroniki stres ürək-damar sistemi xəstəlikləri, yüksək təzyiq, şəkərli diabet, yuxusuzluq və psixoloji pozuntular – xüsusilə depressiya və narahatlıq kimi hallarla əlaqələndirilir. Stres, eyni zamanda immun sistemini zəiflədir, insanın xəstəliklərə qarşı müqavimətini azaldır. Həmçinin mədə-bağırsaq problemləri, baş ağrıları və dəri xəstəlikləri də stresin nəticəsində yarana bilər.
 
Onun sözlərinə görə, stresin qarşısını almaq üçün həyat tərzində bəzi dəyişikliklər etmək vacibdir. Mütəmadi fiziki aktivlik, sağlam qidalanma, kifayət qədər yuxu və sosial dəstək bu baxımdan çox önəmlidir. Nəfəs məşqləri, meditasiya və ya peşəkar psixoloji yardım da insanın daxili balansını qorumağa kömək edir.
 
 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır