Tovuzdan Təcili tibbi yardım avtomobili ilə ağır vəziyyətdə Gəncəyə gətirilən hamilə qadın 4-cü övladını dünyaya gətirib  
25.07.2025 12:36
Perinatal Mərkəzə Tovuz rayonundan Təcili tibbi yardım avtomobili ilə gətirilən ağır vəziyyətdə olan hamilə qadın uğurla 4-cü övladını dünyaya gətirib.
 
Bu məlumat Aztibb.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilib.
 
Bildirilib ki, keysəriyyə əməliyyatını həyata keçirən xəstəxananın həkim-mama-ginekoloqu Sürəyya Cabbarovanın sözlərinə görə 39 həftəlik hamilə olan qadın bundan öncə üç dəfə keysəriyyə əməliyyatı olub və bu hamiləliyi riskli qiymətləndirilib.
 
Perinatal Mərkəzin peşəkar komandası tərəfindən təcili əməliyyata alınan qadın 3500 qr çəkidə qız övladını dünyaya gətirib. Uğurla keçən əməliyyatdan sonra ana və övladı özlərini yaxşı hiss edirlər.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub