Elektrik mişarı ilə üz nahiyəsindən xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzdə əməliyyat edilib  
25.07.2025 10:21
35 yaşlı şəxs (kişi cinsli) elektrik mişarı travması nəticəsində üz nahiyəsində, alt və üst göz qapaqlarında və üzün bir hissəsində çoxsaylı kəsik xəsarətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, xəstənin vəziyyəti nəzərə alınaraq ona dərhal plastik və rekonstruktiv əməliyyat təyin olunub və əməliyyat KTM-in oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilib.
 
Əməliyyat zamanı qaş nahiyəsində dərialtı toxumalarda qalmış dəmir parçaları çıxarılıb, alt göz qapağının qopmuş hissəsi tikilərək əvvəlki vəziyyətinə qaytarılıb, qaşın qopmuş hissəsi yerinə tikilərək estetik və funksional görünüş bərpa edilib. Göz qapağı anatomik vəziyyətinə qaytarılıb və əməliyyat uğurla tamamlanıb.
 
Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və o, kontrol müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır