Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Çində Forumda iştirak edir
24.07.2025 15:32
Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində 6-cı "Kəmər və Yol" Akademik Forumu keçirilir.
 
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və böyük elmi işçi, t.ü.f.d. Vüsal Hacıyev də iştirak edirlər.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Qeyd olunub ki, nümayəndə heyəti tədbirin ilk günü çərçivəsində Sincan Uyğur Muxtar Vilayətinin Xalq Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.
 
Ziyarət zamanı bildirilib ki, burada 5000-dən çox əməkdaş, o cümlədən yüzlərlə təcrübəli həkim və professor çalışır.
 
Xəstəxana ildə 2 milyondan çox ambulator xəstəyə xidmət göstərir, 90 mindən çox əməliyyat həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxanada uğurla robotik cərrahiyə icra olunur, 2 min km aralıda olan xəstələri robotlar vasitəsi ilə angioqrafiya, stend implantasiyası, əməliyyatlar icra olunur, həmçinin ürək, böyrək və ağciyər transplantasiyası uğurla icra olunur. Bura, eyni zamanda, elmi-tədris mərkəzi kimi də fəaliyyət göstərir və bir sıra milli və regional ixtisaslar üzrə həkim hazırlığı aparılır.
 
Müəssisə, həmçinin Çin Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq təcili yardım mərkəzi kimi tanınıb.
 
Xəstəxana rəhbərliyi ilə görüş zamanı professor Gülnaz Dadaşova qeyd edib ki, Sincan regionunda səhiyyənin inkişafında böyük rol oynayan bu mərkəz, beynəlxalq əməkdaşlıq və akademik mübadilələr üçün də önəmli platformadır və bu, Azərbaycan ilə Çin birgə səhiyyə əməkdaşlığında öz töhfəsini verəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır