Azərbaycan və Koreya arasında reabilitasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
24.07.2025 14:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyinin (KƏŞMA) nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.

 

Bildirilib ki, görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Nazirliyin və Agentliyin müvafiq şöbələrinin rəhbərləri, həmçinin KƏŞMA-nın Peşə bacarıqları inkişafı bürosunun direktoru Ms.Han-younkyoung, Rəqəmsal Təlim Mərkəzinin rəhbəri Ms.Hwang-eunbok və digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 

Vüqar Məmmədov son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə qonaqlara məlumatlar verib.

 

Nümayəndə heyəti ölkəmizdə qurulmuş reabilitasiya infrastrukturunu, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin səviyyəsini yüksək qiymətləndirib. Həmçinin, tərəflər arasında mövcud əməkdaşlıq sahələri və bu əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin peşə hazırlığı, işlə təminatı, onlar üçün zəruri iş şəraitinin yaradılması, iş yerində fərdi yardım xidmətləri və karyera məsləhəti istiqamətlərində fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır