Elmi seminar: “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: triajdan çevik müdaxiləyə”   
24.07.2025 13:40
TƏBİB-in təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə "Qlobal Cərrahiyə 2030" proqramı çərçivəsində Qazax rayonunda “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: Triajdan çevik müdaxiləyə” mövzusunda seminar keçirilib.
 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.

 

Bildirilib ki, Şəmkir-Tovuz tibbi ərazi bölməsi (TƏB) üzrə fəaliyyət göstərən ailə həkimləri, cərrahlar, terapevtlər və təcili yardım tibb bacıları üçün keçirilən seminarın məqsədi müxtəlif ixtisas sahibləri arasında multidisiplinar əməkdaşlığı gücləndirmək, “kəskin qarın” hallarının vaxtında və düzgün diaqnostikasını, optimal yönləndirilməsini və uyğun tibbi müdaxilələrin həyata keçirilməsini təmin edən vahid idarəetmə sisteminin formalaşdırılmasıdır.
 
Seminarda TƏBİB-in İcraçı direktorunun müşaviri, Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, Cərrahiyyə Mərkəzində bölmə müdirinin müavini, cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları, TƏBİB-in Təlim və tədqiqatlar Departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri t.e.d. Emil İskəndərov, Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Cərrahi işlər üzrə direktor müavini Faiq Vəliyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında çalışan yerli tibb müəssisələrinin əməkdaşları, Təcili tibbi yardım xidmətlərinin nümayəndələri və cərrahi sahədə çalışan 61 tibb işçisi tədbirdə iştirak ediblər.
 
Seminarın rəsmi açılışından sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov “Kəskin qarın hallarında komanda işi niyə önəmlidir?”, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Cərrahi işlər üzrə direktor müavini Faiq Vəliyev "Kəskin qarın hallarında sahə həkimi ilə fəaliyyətin idarə edilməsi”, Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinin müdiri Nəzrin Əliyeva “Rayon xəstəxanasında kəskin qarın halları, Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Vasif Məmmədov “Kəskin qarın: cərrahi xəstəliklərin idarə olunması, Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü Xatirə Abduləlimova “Kəskin qarın klinikasını təqlid edən kardiorespirator xəstəliklər”, həkim-terapevt Gülsüm Babayeva “Digər qeyri-cərrahi səbəblər və idarəetmə üsulları” mövzularında çıxış ediblər.
 
Qeyd edək ki, “Qlobal Cərrahiyyə 2030” proqramı regionlarda zəruri, təhlükəsiz və əlverişli cərrahiyyə və anesteziya xidmətlərinin mövcud vəziyyətini təhlil etmək və bu xidmətlərin inkişafı üçün gərəkli olan strategiyanı müəyyən etmək üçün yaradılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır