Şəmkir RMX-da seminar: “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər”
23.07.2025 16:09

TƏBİB-in təşkilatçılığı ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Təcili Tibb Akademiyası ilə birgə “Regional təcili tibb zirvəsi” layihəsi çərçivəsində “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” mövzusunda regional elmi-praktik seminar keçirilib.

 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.

 

Bildirilib ki, tədbirdə Qərb bölgəsini əhatə edən tibb müəssisələrinin həkim-kardioloqları, reanimatoloqları və digər ixtisaslı tibb işçiləri iştirak ediblər.

 

Seminarın əsas məqsədi kardioloji təcili hallarda (miokard infarktı, aritmiyalar, kəskin ürək çatışmazlığı və s.) erkən müdaxilə, düzgün diaqnostika və müasir müalicə protokollarının tətbiqinə dair bilik və bacarıqların artırılması olub.

 

Tədbiri giriş sözü ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi açaraq, regionlarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu cür elmi tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Konfrans çərçivəsində Kliniki Tibbi Mərkəz, Yeni Klinika və Dövlət Təhlükəsizliyi Xidmətinin təcili yardım bölməsinin əməkdaşları tərəfindən kardioloji təcili hallarda klinik idarəetmə, diaqnostik yanaşmalar və müalicə alqoritmləri barədə təqdimatlar edilib, praktiki tövsiyələr və real klinik vəziyyətlər müzakirə olunub.

 

Tədbir qarşılıqlı fikir mübadiləsi və praktiki biliklərin paylaşılması ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu cür regional tədbirlər həkimlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, pasiyent təhlükəsizliyinin təmininə və vahid klinik protokolların tətbiqinin təşviqinə xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır