17 yaşlı şəxs təcili tibbi yardım briqadasının köməyi ilə həyata qaytarılıb
23.07.2025 16:43
20.07.2025-ci il tarixində saat 18:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu, Mərdəkan çimərliyi ərazisindən sudaboğulma hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Daxil olan çağırış əsasında dərhal təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a bildirilib ki, hadisə yerində 17 yaşlı (kişi cinsli) pasiyent huşsuz vəziyyətdə olub, heç bir həyat göstəricisi müşahidə olunmayıb. Pasiyentə dərhal reanimasiya tədbirləri, o cümlədən ürək-ağciyər reanimasiyası (CPR) tətbiq edilib.
 
Reanimasiya tədbirləri nəticəsində nəbz və tənəffüs bərpa olunub, ağız boşluğu sanasiya edilib, oksigen terapiyası aparılıb.
 
Görülən vaxtında və peşəkar tibbi müdaxilə nəticəsində pasiyentin həyati funksiyaları bərpa olunub və vəziyyəti stabil hala gətirilib və müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır