Qəbələdə pasiyent üzərində iki mürəkkəb cərrahi əməliyyat icra edilib  
24.07.2025 09:15
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında bir pasiyent üzərində iki mürəkkəb cərrahi əməliyyat icra edilib
 
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, həkim-cərrah Fariz Abdullayev, assistent həkim-cərrah-uroloq Elçin Bağırlı və həkim-anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra edilən yoğun bağırsağın stomasının qapadılması və periton bitişmələrin digər lizis yolları əməliyyatları uğurla icra edilib.
 
1960-cı il təvvəllüdlü pasiyent (kişi cinsli) 6 ay əvvəl kəskin bağırsaq keçməzliyindən əməliyyat olunub və S-vari bağırsaq rezeksiya olunaraq kolostoma qoyulub. Daha sonra ona fəaliyyət göstərən kolostoma diaqnozu təyin olunub və cərrahi əməliyyata qərar verilib.
 
Əməliyyatdan sonra pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Stasionar şəraitdə müalicəsini başa vuran pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb.
 
TƏBİB-in region xəstəxanalarının inkişaf etdirilməsi, tibb müəssisələrinin modernləşməsi, onların yeni tibbi avadanlıqlarla təmin olunması, paytaxtdan asılılığın azaldılması və beləliklə, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində gördüyü işlər müsbət nəticələr verməkdədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır