Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı nələrə diqqət olunmalıdır?  
22.07.2025 08:27

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir.

 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində agentlik tərəfindən pestisidlərlə bağlı yeni maarifləndirici videoçarx hazırlanıb.

 

Videoçarxda pestisidlər, pestisidlərin daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, pestisidlərlə işləyən zaman istifadə edilməli olan geyimlər, pestisidlərin təsirinə məruz qalan şəxslərə yardım göstərilməsi üsulları, eləcə də yararlılıq müddəti bitmiş pestisidlərin dövriyyədən çıxarılması barədə məlumatlar əks olunub.

 

Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir.

 

AQTA tərəfindən pestisidlərlə bağlı hazırlanan maarifləndirici videoçarxla tanış ola bilərsiniz:

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır