Türkiyədə COVID-19 riskini azaltmaq üçün yeni sərt qadağalar tətbiq olunub
17.11.2020 21:50

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib. Hökumət gündəlikdə duran bir çox məsələlərlə bərabər yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədəki vəziyyəti müzakirə edib.

 

Aztibb.az xəbər verir ki, Türkiyədə yeni növ koronavirus pandemiyası ilə mücadiləyə geniş yer ayıran dövlət başçısı bildirib ki, infeksiya ilə mübarizənin səmərəli nəticə verməsi üçün hər kəs maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etməlidir.

 

Hökumətin qərarı ilə şənbə və bazar günləri tədarük və istehsalat sahələrindən başqa saat 10.00-dan 20.00-dək evdən çıxmağa məhdudiyyətlər tətbiq olunacaq. 65 və ondan yuxarı yaş həddi üçün tətbiq olunan qadağalar 20 yaşdan aşağı olanlara da şamil ediləcək. Kinoteatrlar və teatrlar ilin sonunadək bağlı olacaq. Ticarət mərkəzləri, market, restoran, bərbərxana kimi məişət xidmət yerlərinin fəaliyyəti saat 10.00-dan 20.00-dək müəyyən ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub