Reabilitasiya mərkəzlərində bərpa müalicəsi alan əlilliyi olan şəxslər üçün veloreabilitasiya xidməti davam edir
21.07.2025 11:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa müalicəsi alan əlilliyi olan şəxslər üçün veloreabilitasiya xidməti davam edir.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, layihə Heydər Əliyev Fondunun (Heydar Aliyev Foundation) dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.
 
Budəfəki reabilitasiya xidmətindən Agentliyin nəzdində 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursuna cəlb edilən əlilliyi olan uşaqlar yararlanıb.
 
Bu xidmət 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq.
 
Məqsəd əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən para-velosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
 
Əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, kənar şəxsin köməyi olmadan sərbəst hərəkət stresin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır