"İcbari tibbi sığorta sağlamlığımızın qarantıdır" - Vebinar 
25.07.2020 11:58

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar təşkil edib.

“Zoom” proqramı vasitəsilə keçirilən tədbiri açan “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva icbari tibbi sığortanın əhəmiyyəti haqqında məlumat verib.

 

Vebinarda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov “İcbari tibbi sığortaya keçidin zəruriliyi və onun üstünlükləri”, həmin institutun direktor müavinu, dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçılar Samir Mahmudov “Sosial müdafiənin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzularında məruzə ediblər.

 

Məruzəçilər icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları cavablandırıblar.


Tədbirdə AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, dosent Fikrət Quliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərbaycan Texniki Universitetinin müəllimi Günay Əliyeva və başqaları icbari tibbi sığorta haqqında danışıblar.



Xatırladaq ki, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqədə “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olub.


İyulun 1-dən icrasına başlanılan layihə çərçivəsində "İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı