Elektron siqaretlər görün nələrə səbəb olur
13.07.2025 09:19

Bəzi insanlar siqareti tərgitmək üçün çıxış yolunu veyplərdə (elektron siqaret) görürlər. Bu isə bir növ "yağışdan çıxıb, yağmura düşmək" anlamına gəlir. Çünki bu cihazların insan orqanizminə vurduğu zərərlərin sayı günü-gündən artır.

 

Aztibb.az xəbər verir ki, bu yaxınlarda Kaliforniya Universitetinin alimləri onların daha bir neçə zərərini ortaya çıxarıblar.

 

"ACS Central Science" (ACS CS) elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, birgünlük istifadə zamanı bəzi veyplər 20 qutu adi siqaretdə olandan daha çox qurğuşun buraxa bilər. Bundan əlavə, buxarlarda kanserogen nikel və sürmə də aşkar edilib ki, onların konsentrasiyası hər yeni üfürmə ilə artır. Yeddi məşhur veyp modeli üzərində aparılan testlərdən sonra tədqiqatçılar zəhərli metalların mayeyə həm cihazın komponentlərindən, həm də qızdırıcı batareyalardan daxil olduğunu aşkar ediblər. Yoxlanılan cihazlardan üçündə nikel səviyyəsi kanserogen, dördündə isə neyrotoksiklik həddini keçib. Bu cür veyplərin müntəzəm istifadəsi xərçəng yaradır, sinir sisteminə zərər verir və tənəffüs xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, dünyanın bir çox ölkələrində qadağalara baxmayaraq, istehlakçılar bu məhsulları asanlıqla əldə edə bilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır