Təcili tibbi yardım feldşeri tərəfindən 40 həftəlik hamilə qadının doğuş prosesi idarə olunub
04.07.2025 15:47
04.07.2025-ci il tarixində saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
 
Hadisə yerində Təcili tibbi yardım feldşeri Sədaqət Hacıyeva tərəfindən 40 həftəlik hamilə olan 42 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım feldşeri tərəfindən nəzarətdə saxlanılıb.
 
Bu barədə Aztibb.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuş oğlan uşağı zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.
 
Hazırda ananın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir. Çəkisi 3 kq. 400 qr., boyu 50 sm olan körpənin də müalicəsi davam etdirilir və vəziyyəti qənaətbəxşdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır