Sumqayıt Tibb Kollecinin tələbələri 2 nömrəli Şəhər Xəstəxanasında istehsalat təcrübə proqramını uğurla tamamlayıblar
05.07.2025 10:03
Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin Tibb bacısı fakültəsinin 20 nəfər tələbəsi Sumqayıt Tibb Mərkəzinin (STM) strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasında 3 aylıq istehsalat təcrübə proqramını uğurla tamamlayıb.
STM-dən Aztibb.az-a bildirilib ki, bu münasibətlə 2 nömrəli Şəhər Xəstəxanasında təcrübə proqramını tamamlamış tələbələrlə görüş keçirilib.
Tədbirdə çıxış edən STM-nin direktor müavini Ramin Qasımov ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxana ilə bu cür qarşılıqlı əlaqələrin tələbələrin gələcək karyeraları baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd olunub ki, tibb bacılarının xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmasında rolu əvəzolunmazdır.
R.Qasımov tələbələri təcrübə müddətinin başa çatması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva təcrübələrin keçirilməsini yüksək qiymətləndirib. A. Bəndəliyeva təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaradıldığını diqqətə çatdırıb.
Tələbələr təcrübə proqramı haqqında fikrilərini bölüşüblər, yaradılan şəraitə görə xəstəxana rəhbərliyinə, bütün həkim heyətinə təşəkkürlərini ifadə ediblər.
Sonda uğurla təcrübə keçərək bilik və bacarıqlar qazandığına, təcrübəni müvəffəqiyyətlə başa vurub fərqləndiklərinə görə təcrübəçi tələbələr sertifikatla təltif olunublar.
Bu bölməyə aid digər xəbərlər
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

