Ağdərə rayonunda 32 ildən sonra ilk körpə dünyaya gəlib
26.06.2025 12:32

İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.

 

Aztibb.az xəbər verir ki, Ağdərə rayon Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır. Körpəyə Asiya adı verilib.

 

Qeyd edək ki, körpənin atası Sirac Qurbanzadə müharibə iştirakçısıdır. O, 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edib.

 

Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır