Əməkdar həkim Nəsibə Hüseynova vəfat edib
25.06.2025 19:08

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.

 

Aztibb.az xəbər verir ki, o, 99 yaşında dünyasını dəyişib.

 

Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində anadan olmuşdu. 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdi.

  

O, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdi. Daha sonra 1950–1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdı. 1955–1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri kimi fəaliyyət göstərmişdi.

 

Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən isə həmin kafedranın professoru olub.

 

1959–1961-ci illərdə İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdi. 1970–1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-2022-ci illərdə həmin kafedranın professoru vəzifəsində çalışmışdl.

 

O, 1971–1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmiş, 1970–1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdu. 1976-2022-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur olmuşdu.

 

Professor Nəsibə Hüseynova 1982-ci ildə 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdi.

 

Həkim əsasən uşaqların qidalanması problemlərinə dair tədqiqatlar aparmış, 300-dən artıq elmi məqalənin və metodiki tövsiyələrin müəllifi olmuşdur. Elmi rəhbər kimi 6 tibb elmləri namizədi hazırlayan Nəsibə Hüseynova 2013-cü ildə "Uşaq qastroenterologiya" dərsliyini, 2014-cü ildə isə "Pediatriyada dietoterapiya" dərs vəsaitini çap etdirmişdi.

 

O, 1951–1954-cü illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdi.


Nəsibə Hüseynova Azərbaycan Pediatrlar Assosiasiyasının sədri və Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin ilk prezidenti idi.

 

Əməkdar həkim Nəsibə Hüseynovanın yas mərasimi iyunun 29-u saat 14:00-da Təzə Pir məscidində olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır