Pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan həkim - Tural Qənbərli
26.06.2025 09:36
“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan Respublika Klinik Xəstəxanasının təcili və təxrəsalınmaz tibbi yardım üzrə həkimi Tural Qənbərlini sizə təqdim edirik.
 
O, 2005-2011-ci illərdə Odlar Yurdu Universitetində Müalicə işi fakültəsində təhsil alıb. 2013-2017-ci illərdə Bakı Sağlamlıq Mərkəzində rezidentura təhsili alıb.
 
Tural Qənbərli 2017-2018-ci illərdə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında terapevt, 2018-2019-cu illərdə Təcili və təxrəsalınmaz tibbi yardım stansiyasında səyyar–həkim, 2019-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris və Terapevtik Klinikasında təcili və təxrəsalınmaz tibbi yardım üzrə həkim, 2020-2021-ci illərdə Ege Hospitalda təcili və təxrəsalınmaz tibbi yardım üzrə həkim, 2021-ci ildə Badam Medical Center-də həkim-terapevt vəzifələrində çalışıb.
 
2021-ci ildən Respublika Klinik Xəstəxanasında təcili və təxrəsalınmaz tibbi yardım üzrə həkim kimi fəaliyyət göstərir.
 
O, Azərbaycan və Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür.
 
Ümumdünya Səhiyyə Təşkilatının “Capasity Group” üzvüdür.
 
Bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır