Azərbaycan peyvəndin tətbiqi ilə bağlı hazırlıq işlərinə indidən başlamalıdır
16.11.2020 15:31

Artıq COVID-19-a qarşı icad olunan peyvəndlər arasında indiyə qədər olanların ən effektlisi müəyyənləşdirilib və bu peyvəndin tətbiqi ilə əlaqədar müəyyən qurumlara rəsmi müraciət olunub. Belə ki, hazırda 3-cü fazanın kliniki yoxlama səviyyəsində olan 10 peyvənd mövcuddur. Həmin peyvəndlərdən biri olan və BioNTech firmasının istehsal edəcəyi peyvənd müəyyən zamandan sonra uyğun görülərsə tətbiq ediləcək. Peyvəndin yüksək qoruma effektivliyi müxtəlif ölkələrdən 154 mərkəzin iştirakı ilə 44 min insanın cəlb olunması nəticəsində alınıb. Bununla da həmin insanların müəyyən bir qismi peyvənd alıb və bu, peyvənd almayan digər qisim ilə müqayisə olunub. Peyvənd 21 gün fasilə ilə iki dəfə vurulub. Peyvəndin effektivliyi 90 faizdən yuxarı qiymətləndirilir.

 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda da peyvəndin tətbiqi ilə bağlı artıq müəyyən planlar hazırlanmalıdır.

 

Tibb elmləri doktoru birinci və ikinci nəsil peyvəndlərin əsas təsir gücünü və məqsədlərini də açıqlayıb. Onun sözlərinə görə, birinci nəsil peyvənddən fərqli olaraq, ikinci nəsil peyvəndlərdə əsas məqsəd kimi virusun tam qarşısının alınması nəzərdə tutulacaq:

 

“Hazırda 3-cü fazanın kliniki yoxlama səviyyəsində olan yüksək effektivli peyvəndlərlə bağlı tibbi araşdırmalar son mərhələdə davam etdirilir.

 

Amma son mərhələ o demək deyil ki, bir aydan sonra bunun tətbiqinə Azərbaycanda və ya başqa dünya ölkələrində başlamaq olar. Sadəcə, artıq Azərbaycanın müvafiq qurumları peyvəndin tətbiqi ilə bağlı hazırlıq işlərinə indidən başlamalıdır, bu, vacibdir, yəni tətbiq planı artıq müəyyən edilməlidir. Burada nəzərə alınmalı önəmli amil ondan ibarətdir ki, çox böyük ehtimalla ilkin mərhələdə çıxacaq peyvəndlə növbəti mərhələdə çıxacaq peyvənd arasında fərqlər olacaq. Bu gün üçün tibb elminin gəldiyi qənaət ondan ibarətdir ki, ilkin mərhələdə çıxan peyvəndin məqsədi virusa yoluxmaqdan qorumaq deyil, virusa yoluxarkən insanları ağır kliniki gedişdən qorumaqdır”.

 

Azərbaycanlı alim gələcəkdə virusa qarşı vaksinləri öncədən müəyyən edilməsi vacib olan peyvənd strategiyası üzrə tətbiq olunmasını təklif edib. Onun sözlərin görə, peyvəndləmə strategiyasına uyğun olaraq, ölkəmizdə virusdan daha çox ölüm hallarının hansı yaş qrupu üzrə qeydə alındığını nəzərdən keçirmək lazımdır:

 

“İlkin mərhələdə risk qrupları, təhlükəli yanaşı xəstəliyi olan insanlar və virusu yaymaqda ciddi rol oynayan şəxslər siyahıya alınmalıdır. Daha sonra ölüm sayını aşağı saxlamaq üçün ilk olaraq, xüsusi risk qrupuna daxil olan və ciddi yanaşı xəstəliyi olan şəxslər peyvənd olunmalıdır. Burada da əsas məqsəd dediyimiz kimi, ağır kliniki gedişlərin qarşısını almaqdan ibarətdir. Məhz bununla da bir daha təkrarlayıram ki, ölüm sayının aşağı salınmasına nail olmaq mümkündür və burada da bizə daha öncədən aparılmış düzgün statistik rəqəmlər kömək olmalıdır. Unutmaq lazım deyil ki, əhalinin eyni zamanda peyvənd olunması ən azından texniki cəhətdən də mümkün deyil ki, bu da peyvəndin tətbiqi ərəfəsində növbəti yoluxma hallarının olmasına gətirib çıxara bilər”.

 

N.Abdullayev qeyd edib ki, ilkin mərhələdə xəstəliyi yüngül keçirənləri peyvəndləməyə ehtiyac yoxdur, çünki onlar xəstəliyi yüngül keçirməklə həm də immunitet qazanmış olurlar. Bununla yanaşı, onlar təkrar yoluxsalar belə xəstəliyi yenə də yüngül keçirəcəklər. İkinci nəsil peyvəndlərin tətbiqi zamanı isə xəstəliyi yüngül keçirənlərlə bağlı strategiya fərqli olmalıdır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub