Cəzaçəkmə müəssisəsində İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb
27.05.2025 16:49
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birgə Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində İİV-ə görə maarifləndirmə və müayinə tədbiri keçiriblər.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, RQMM-in mütəxəssisləri cəzaçəkmə müəssisəsində məhbuslara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verib, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.
 
Məhkumlar İİV infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə məlumatlandırılıb, virusa görə tədbirli olmaları, yoluxanların müalicəsinin müvafiq qaydada təşkili, davamlı müalicənin əhəmiyyətinə aid tövsiyyələr verilib.
 
Tədbirdə məhbuslara İİV, Hepatit B, C və sifilisə ekspres-testdən keçmək imkanı yaradılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu