Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndələri tərəfindən keçirilən təlimlər yekunlaşıb
27.05.2025 15:09

Ölkəmizdə səfərdə olan Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslər və Yaşlılara Xidmət Baş İdarəsinin nəzdindəki Yeniməhəllə Görmə Məhdudiyyətlilər Reabilitasiya Mərkəzinin təlimçiləri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün keçirilən təlimlər yekunlaşıb.

 

Bu barədə Aztibb.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

 

Üç gün davam edən təlimlərdə görmə məhdudiyyətli şəxslərin sosial-məişət adaptasiya proqramları, Brayl əlifbası və brayl vasitələri ilə hesablama texnikaları, ağ əsa, o cümlədən digər reabilitasiya vasitələrindən istifadə qaydaları və s. mövzulardan bəhs olunub. Təlimlər əməkdaşların görmə məhdudiyyətli şəxslərə reabilitasiya xidmətləri göstərilməsi istiqamətində bilik və bacarıqlarını artırmaq, onları bu sahədə müasir yanaşmalar və metodologiyalarla tanış etmək məqsədi daşıyıb. Növbəti mərhələdə təlimlərin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki təlimlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun tətbiqində dair Fəaliyyət Planı çərçivəsində baş tutub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır