Elmi-praktik konfrans: “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” 
26.05.2025 13:46

TƏBİB, “Sağlamlığın Qorunması” İctimai Birliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbir “Sağlam addımlar: artıq çəkiyə son” layihəsinin tərkib hissəsi olaraq reallaşıb.

 

Yeni Klinikada keçirilən konfransın məqsədi piylənmənin sağlamlığa təsiri, qarşısının alınması yolları və sağlam həyat tərzinin təbliği barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.

 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Açılışda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva birliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlara toxunaraq, müharibə dövründən sonra belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov isə piylənmənin ciddi sağlamlıq riskləri yaratdığını bildirərək, müvafiq klinik protokollarla bağlı fikirlərini bölüşüb.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici və müalicəvi tədbirlərə diqqət çəkib. O bildirib ki, artıq çəkinin idarə olunması ictimai səhiyyə baxımından da prioritet istiqamətlərdəndir.

 

Konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Yeni Klinika, Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələrinin nümayəndələri də çıxış edərək piylənmənin fəsadları, profilaktikası və qarşısının alınmasında vahid yanaşmaların vacibliyindən danışıblar.

 

Tədbir çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər – sağlam qidalanma üzrə dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp və digər yerli və xarici iştirakçılar müxtəlif təqdimatlarla çıxış ediblər.

 

Çıxışlarda artıq çəkinin ürək-damar, endokrin, psixoloji və sosial aspektlərinə toxunulub, düzgün qidalanma, nəfəs texnikaları və həyat tərzi dəyişiklikləri barədə tövsiyələr səsləndirilib. Tədbirin sonunda sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb.

 

Konfransda 350-dən çox iştirakçı yer alıb. Tədbir çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunub, qonaqlara isə təşəkkürnamələr verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır