Rəşad Mahmudov konfransda “Ateroskleroz və kliniki protokollar” mövzusunda təqdimatla çıxış edib
26.05.2025 10:49

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Sağlam Addımlar: Artıq Çəkiyə Son”  konfransda iştirak edib.

 

Aztibb.az xəbər verir ki, o, tədbirdə artıq çəkinin sağlamlığa yaratdığı risklərdən bəhs edib və “Ateroskleroz və kliniki protokollar” mövzusunda təqdimatla çıxış edib.

 

Konfransda artıq çəkinin psixoloji, fizioloji və sosial aspektləri üzrə təqdimatlar edilib, sağlam həyat tərzinin təbliqi ilə bağlı dəyərli fikirlər iştirakçılarla bölüşülüb.

 

Tədbirin bədii hissəsində musiqi və şeir nümunələri təqdim olunub.

385-dən çox iştirakçının qatıldığı konfrans elmi və praktik bilik mübadiləsi üçün faydalı platforma kimi dəyərləndirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır