Özbəkistanın aparıcı cərrahları Mərkəzi Gömrük Hospitalında ustad dərslərində iştirak ediblər
23.05.2025 12:23

Özbəkistanın müxtəlif tanınmış tibb müəssisələrini təmsil edən cərrah həkimlərdən ibarət 10 nəfərlik nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında ustad dərslərində iştirak ediblər. İlk öncə Özbəkistanın nümayəndə heyəti ilə Mərkəzi Gömrük Hospitalında görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi, t.e.d. Dr.Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d. Dr.Aynur Səfiyeva, Özbəkistanın Ürgənc şəhərində yerləşən Daşkənd Tibb Akademiyasının filialının Ümumi Cərrahiyyə kafedrasının müdiri Sanaev Dilşad Aminoviç, Daşkənd şəhərində yerləşən 1 nömrəli Respublika Klinik Xəstəxanasının proktoloq həkimi Şermatov Abdusand və Özbəkistandan gəlmiş digər rəsmi qonaqlar iştirak ediblər.

 

Tədbirdə Baş həkim Dr. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının fəaliyyət istiqamətləri, tibb sahəsində tətbiq edilən innovativ texnologiyalar, beynəlxalq əməkdaşlıq layihələri və uğurla həyata keçirilən tibbi xidmətlər barədə, eləcə də 2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan canlıya köçürülmüş qaraciyər transplantasiyası əməliyyatı barədə ətraflı məlumat verib.

 

Bəxtiyar Musayev çıxışında qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında kardiologiya, invaziv kardiologiya, ümumi və laparoskopik cərrahiyyə, urologiya, travmatologiya, ginekologiya, radiologiya, pediatriya və bir çox ixtisaslaşdırılmış sahələr üzrə yüksək səviyyədə tibbi xidmətlər həyata keçirilir, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan qabaqcıl tibb müəssisələri və universitetləri ilə sıx əməkdaşlıq edir.

 

Daha sonra özbəkistanlı cərrahlar Dr. Aynur Səfiyeva tərəfindən icra olunan bir neçə cərrahi əməliyyatı birbaşa izləyib, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən müdaxilələr barədə ətraflı məlumat əldə ediblər. Dr. Aynur Səfiyeva tərəfindən aparılan əməliyyatlar zamanı istifadə edilən müasir metodlar, pasiyentə yanaşma prinsipləri nümayəndələrin xüsusi marağına səbəb olub.

 

Səfər çərçivəsində keçirilən bu praktiki və nəzəri təlimlər Azərbaycan-Özbəkistan tibb ictimaiyyəti arasında elmi əməkdaşlığın möhkəmlənməsinə və təcrübə paylaşımına töhfə verməklə yanaşı, gələcəkdə birgə layihələrin reallaşdırılması üçün də zəmin yaradıb.



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır