“Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi uğurla icra olunub
19.05.2025 17:11
TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin dəstəyi ilə 17 May - Ümumdünya Hipertoniya Gününə həsr edilən “Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi icra olunub. Layihə çərçivəsində Bərdə, Yevlax, Mingəçevir, Tərtər və Ağdaş rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil olunub.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, layihə çərçivəsində 14-16 may tarixlərində Bərdə və Əyricə ailə sağlamlıq mərkəzlərində, Ləmbəran, Otuzikilər, Kətəlparaq, Alaçadırlı, Yenidaşkənd həkim məntəqələrində ailə həkimləri, eləcə də həkim-kardioloqlarla birlikdə aktiv skrininqlər aparılıb. Müayinə nəticələrinə əsasən hipertoniya xəstəliyi aşkarlanan şəxslər müvafiq tibb müəssisələrində ixtisaslı həkim müalicəsinə yönəldiliblər.
Yevlax və Bərdə rayon mərkəzi xəstəxanalarında isə bölgə əhalisinə, o cümlədən müxtəlif sosial qruplardan olan vətəndaşlara, Bakı, Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrindən dəvət olunan həkim-mütəxəssislər tərəfindən tibbi xidmətlər göstərilib.
Ümumilikdə 1 400-dən çox vətəndaşa kardioloq, terapevt, nevroloq və uroloq həkimlər tərəfindən 8 000-ə yaxın tibbi xidmət göstərilib. Bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Eyni zamanda, Azərbaycan Kardiologiya Cəmiyyətinin TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində regionda çalışan ailə həkimləri, kardioloq və digər ixtisaslardan olan həkim-mütəxəssislərin iştirakı ilə “Hipertoniyaya nəzarətdə ailə həkiminin rolu” mövzusunda konfrans keçirilib.
Konfransın açılışı Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyevin çıxışları ilə baş tutub.
Konfrans həkim-mütəxəssislərin çıxışları ilə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

