Ürək-damar cərrahları və rezidentlər üçün mitral qapaq təmiri və cərrahi koronar anastomoz kursu təşkil olunub
17.05.2025 09:10

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti mayın 16-dan 18-dək "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresi keçirir.

 

Cəmiyyətdən Aztibb.az-a bildirilib ki, konqresin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

 

"Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresinə dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir. Onlar ürək-damar xəstəlikləri və müalicəsindəki aktual məsələləri müzakirə edirlər.

 

Tədbirin ilk günündə gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil edilib. Açılış nitqi ilə çıxış edən prof. dr. Kamran Musayev praktik kursların əhəmiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, budəfəki praktik kurslarda istək və təkliflər nəzərə alınıb. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, həmçinin qeyd edib ki, "Bakı Ürək Günləri" yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına mühüm şərait yaradır: "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən "Bakı Ürək Günləri" beynəlxalq konqreslərinin keçirilməsi ənənəyə çevrilib. "Bakı Ürək Günləri" artıq 9-cu dəfədir ölkəmizdə baş tutur. Konqres həm maarifləndirmə, həm də praktik təcrübə üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, tədbirin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Onu da vurğulayım ki, bugünkü görüşümüzün praktik cəhətdən bir çoxlarına faydalı olacağından əminəm".

 

Tədbir çərçivəsində ürəyin cərrahi anatomiyası və koronar anastomoz barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, koronar anastomoz ürəyi qidalandıran koronar arterlərin bir-birinə və ya başqa damarlara cərrahi olaraq birləşdirilməsidir. Bunun əsas məqsədi tıxanmış və ya daralmış koronar arterlərin "yan keçid" yolu ilə qanla təchizatını bərpa etməkdir. Doktor Vüqar Qapaqov bu barədə danışarkən Robert Goetz texnikası barədə məlumat verib: "Robert Goetz sağ daxili döş arteriyasını (internal thoracic artery) sağ koronar arteriyaya birləşdirmək üçün tikişsiz (nonsuture) texnikadan istifadə etmişdir. Bu texnikada tantalumdan hazırlanmış modifikasiya olunmuş Payr kanulası istifadə olunmuşdur. Goetzin bu uğurlu əməliyyatı tibb sahəsində mühüm bir addımdır. Lakin onun bu sahədəki töhfələri uzun müddət tanınmamışdır. Bu, qismən onun tikişsiz texnikasının dövrün cərrahları tərəfindən qəbul edilməməsi və əməliyyatın geniş yayılmaması ilə əlaqədardır".

 

Daha sonra rezidentlər müzakirə olunan mövzularla bağlı praktik təcrübələrə yiyələniblər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir