Stomatologiyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib  
17.05.2025 12:09

ATU-nun Tədris Stomatoloji Klinikasında stomatologiyanın aktual problemlərinə dair beynəlxalq elmi-praktik konfransı keçirilib.

 

ATU-dab Aztibb.az-a bildirilib ki, “Ümumdünya Ağız Sağlamlığı Günü 2025” konfranslar silsiləsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva açıb. O, bu konfransların ölkəmizdə Azərbaycan Stomatoloji Assosiasiyasının təşkilatçılığı ilə 2007-ci ildən keçirilməyə başlaladığını vurğulayaraq bildirib ki, əsas məqsəd ağız boşluğu gigiyenasına xüsusi önəm vermək, profilaktika tədbirlərini təkmilləşdirməklə insanın, bəşəriyyətin diqqətini ağız sağlamlığına yönəltməkdir.

 

Konfransın gündəliyini diqqətə çatdıran professor R. Əliyeva, məruzəçilər arasında uzun illərdir dostluq etdiyi, daim Azərbaycan stomatoloqlarının yanında olan, Rusiya Fedarasiyasının əməkdar həkimi, professor Lima Məmmədovanı görməkdən xüsusi məmnunluğunu söyləyib və sözü ona verib.

 

Öz növbəsində dəvətə görə və böyük səmimiyyətlə qarşılandığı üçün kolleqalarına təşəkkürünü bildirən professor L. Məmmədova uşaqlığının Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə keçdiyini qürur hissi ilə xatırladıb. Sonrakı təhsili və elmi fəaliyyəti haqqında da konfrans iştirakçılarına məlumat verərək Azərbaycan stomatoloqları ilə əməkdaşlığa həmişə üstünlük verdiyini deyib. Onun “Коррекция окклюзии зубов методом избирательного пришлифовывания” (“Diş tıkanıklığının selektiv üyütmə üsulu ilə korreksiyası”) mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.

 

Daha sonra elmi-praktik konfrans öz işini digər məruzələrlə davam etdirib. Doktor Günel Niyazovanın “Akril bazisli çıxan protezlərin daxili səthinin gümüş nanohissəciklərlə zənginləşdirilməsi ilə ortopedik müalicənin effektivliyinin artırılması”, t.ü.f.d Ramin Piriyevin “Uşaqlar arasında dentofobiyanın yaranması və aradan qaldırılması yolları”, dosent Rumiyə Abbasova və t.ü.f.d Tərlan Əliyevin “Kariyesin etiopatogenezində, müalicə və profilaktikasında argininin rolu”, doktor Leyla Əkbərlinin “Пути оптимизации выбора еффективных базисных материалов для съемного зубного протезирования” (“Çıxarıla bilən diş protezləri üçün effektiv əsas materialların seçiminin optimallaşdırılması yolları”) və t.ü.f.d Rövşən Əmirəliyevin “Uşaqlar arasında paradontititlərin yayılmasının sosial-epidemioloji aspektləri” mövzusunda məruzələri dinlənilib.

 

Hər məruzədən sonra sual-cavab sessiyası olub və müzakirələr aparılıb.

 

Konfransda ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov,  Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, eləcə də müvafiq kafedraların aparıcı mütəxəssisləri, rezidentlər və tələbələr iştirak ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır