STM-də elmi seminar: “Endometriozun terapiyasında müasir yanaşmalar” 
17.05.2025 18:14

Sumqayıt Tibb Mərkəzində (STM) “Endometriozun terapiyasında müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova da iştirak edib. O, açılış nitqi ilə çıxış edərək seminarın təşkilinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin həkimlərin peşəkar bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını qeyd edib. Direktor müavini bildirib ki, qadın sağlamlığına dair maarifləndirici və elmi tədbirlərin mütəmadi keçirilməsi göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir.

 

STM-nin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan ginekoloqların iştirak etdiyi seminarda bu sahədə aktual olan problemlər, diaqnostika və müalicə metodları müzakirə olunub.

 

Elmi-Təddqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi endometrioz xəstəliyinin klinik əlamətləri, diaqnostik yanaşmaları və müasir müalicə metodları haqqında geniş təqdimatla çıxış edib. O, həmçinin xəstəliyin qadın reproduktiv sağlamlığına təsiri, erkən diaqnostikanın əhəmiyyəti və fərdi terapiya planlarının hazırlanması barədə iştirakçıları məlumatlandırıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır