TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
07.05.2025 12:12

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya”nın yeddinci iclasında və səhiyyə sahəsi üzrə dəyirmi masada iştirak etmək məqsədilə London şəhərində işgüzar səfərdə olub.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, səfər çərçivəsində Böyük Britaniya Baş nazirinin ticarət elçisi Lord Con Alderdis ilə görüş baş tutub.

 

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlıq məsələlərinə toxunan elçi səhiyyə sahəsi üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.


Səfər çərçivəsində, həmçinin Ümumi Təcrübəli Həkimlərin Kral Kolleci, London Universitet Kolleci və Milli Səhiyyə Xidmətlərinin Liderlik Akademiyasında görüş keçirilib. Görüşlərdə TƏBİB tabeliyindəki tibb müəssisələrində işləyən tibb işçilərinin müxtəlif kurslarda iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

İşgüzar səfər zamanı “GlaxoSmithKline” əczaçılıq və biotexnologiya şirkətinin rəsmiləri ilə görüş keçirilib, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində baş tutan Hökumətlərarası Komissiyanın iclasının yekun protokoluna Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tibb sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə mübadilə proqramlarının və təlimlərin təşkili, dövlət-özəl tərəfdaşlığı üzrə imkanların inkişaf etdirilməsi məsələləri daxil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır