ATU-nun Hərbi Tibb fakültəsində intellektual yarışma keçirilib  
06.05.2025 13:36

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 102, Azərbaycan Tibb Universitetinin 95 və Hərbi Tibb fakültəsinin 25 illik yubileyinə həsr olunmuş Brain Storm (Beyin Fırtınası) adlı intellektual bilik yarışması-viktorina keçirilib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Feldşer hazırlığı kursunun kursantları arasında keçirilən viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olub. 

 

Viktorinada Hərbi Tibb fakültəsinin feldşer kursantlarından ibarət "Matriks", "Triumf", "Əfsanə" və "Arsenal" komandaları Anatomiya, Normal fiziologiya, Daxili xəstəliklər, Hərbi səhra cərrahiyyəsi, Hərbi səhra terapiyası, Tibb xidmətinin təşkili və taktikası fənləri üzrə sualları cavablandırıblar. 

 

Gərgin mübarizə şəraitində keçən viktorina münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandalar arasında "Triumf" komandası daha fəal iştirak edərək viktorinanın qalibi olub.

 

Sonda qalib komanda və viktorinanın fəalları kubok, sertifikat və diplomla təltif ediliblər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir