Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb
06.05.2025 13:14

TƏBİB-in tabeli tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, o cümlədən infrastrukturunun müasirləşdirilməsi və tibdə dəyəri yüksək olan cərrahi əməliyyatların icrası istiqamətində tədbirlər davam etdirilir.

 

Görülən işlərin nəticəsi olaraq, dövlət tibb müəssisəsində daha bir unikal cərrahi əməliyyatın icrasına başlanılıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı icra olunub.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilib.

 

Bildirilib ki, dəyəri kifayət qədər yüksək olan qaraciyər transplantasiyası zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb. Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrahlar Ceyhun İsayev, Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva, ürək-damar cərrahları Mətin Hadizadə, Elgin Hacızadə, anestezioloq Mayıl Sədiyev, transplantasiya üzrə koordinator həkim İntizar Məmmədovanın iştirakı ilə uğurla icra olunub.

Əməliyyatdan sonra resipiyent və donorun vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hər ikisinin bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

 

Cərrahiyyədə ən mürəkkəb müdaxilələrdən biri hesab edilən qaraciyər transplantasiyası yüksək səviyyəli təcrübə tələb edən bir prosedurdur. Uğurlu nəticə üçün xəstənin dəqiq qiymətləndirilməsi, uyğun donor seçilməsi, cərrahiyyənin düzgün aparılması, reanimasiya dəstəyi və əməliyyatdan sonrakı təqib olduqca vacib hesab olunur.

 

Məlumat üçün bildirək ki, 2 ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunmuş və əməliyyat uğurla başa çatmışdır. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır