Mayın 6-sı Beynəlxalq Astma Günüdür
06.05.2025 08:47

Hər il may ayının ilk həftəsinin ikinci günü qeyd olunan Beynəlxalq Astma Günü kimi bu il mayın 6-na təsadüf edir.

 

Aztibb.az xəbər verir ki, günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirməkdir.

 

Günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupu yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş ilk görüşündə isə Beynəlxalq Astma Gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.

 

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Bu xəstəlik uşaqlar arasında nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmışıdır.

 

Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və s. amillər də xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır