ATU ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
06.05.2025 10:01

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviçi qəbul edib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, görüşdə iki təhsil müəssisəsi arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Sonda isə iki universitet arasında əməkdaşlığa dair saziş imzalanıb.

 

Rektor, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edən beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində həyata keçirilən tədbirlər, son illər əsası qoyulan uğurlu əməkdaşlıqlar haqqında ətraflı danışıb. Professor G.Gəraybəyli həmçinin ATU-nun beynəlxalq standartlara uyğun tədris proqramı, bu sahədə əldə edilmiş nailiyyətlər, ümumilikdə Azərbaycanda mövcud olan səhiyyə sistemi barəsində qonağa məlumatları çatdırıb.

 

Azərbaycana səfərindən məmnun olduğunu bildirərək, professor Serqey Rubnikoviç rəhbərlik etdiyi qurumun təhsil sistemi, təcrübə proqramları və universitetdə aparılan islahatlar haqqında ətraflı danışıb. O, qeyd edib ki, Belarus Dövlət Tibb Universitetində 3000 yaxın əcnəbi vətəndaş təhsil alır və əcnəbi təhsilalanların sayı hər bir universitetin beynəlxalq nüfüzünun göstəricisidir. Qonaq ATU-nun əldə etdiyi uğurlarını yüksək qiymətləndirərək, iki təhsil ocağı arasındakı əməkdaşlıqdan söhbət açıb.

 

Görüş zamanı mayın 6-8-də Bakıda keçiriləcək Tibb Festivalının əhəmiyyəti vurğulanıb. Sonda  Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç iki qurum arasında əməkdaşlığa dair sazişi imzalayıblar. Bu sənəd ATU və BDTU arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsi kimi önəmli müddəaları əhatə edir. Saziş həmçinin səhiyyə və tibb təhsili sahəsində müasir yanaşmaları təşviq etmək məqsədi daşıyır. Memorandumda iki ali məktəbin tədris proqramlarının təkmilləşdirilməsi, yeni ixtisas və fənlərin inkişafı, beynəlxalq və regional səviyyəli birgə elmi tədbirlərin təşkil olunması da nəzərdə tutulur.

 

Qeyd edək ki, Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç həmçinin ATU-nun Tədris Stomatoloji Klinikası və Tədris Cərrahiyyə Klinikasını ziyarət edib, burada tələbə və rezidentlərin fəaliyyəti üçün yaradılan şərait, əhaliyə göstərilən tibb xidmətlərinin səviyyəsi ilə tanış olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır