Vətəndaşın ailə üzvlərindən 103 Çağrı mərkəzinə təşəkkür zəngi daxil olub  
30.04.2025 14:44
103 Çağrı Mərkəzinə daxil olan zəng zamanı vətəndaşın ailə üzvləri təcili tibbi yardım briqadasına göstərdikləri operativ və peşəkar tibbi xidmətə görə dərin təşəkkürlərini bildiriblər.
 
Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən Aztibb.az-a verilən məlumata görə, zəngdə qeyd olunub ki, tibbi heyətin vaxtında və düzgün müdaxiləsi sayəsində pasiyentin vəziyyəti stabilləşdirilib və zəruri tibbi yardım vaxtında göstərilib.
 
Qeyd edək ki, 25.04.2025-ci il tarixində 03:50 radələrində 103 Çağrı mərkəzinə 73 yaşlı (qadın cinsli) şəxsdə boğulmanın, kəskin tənəffüs çatışmazlığının və yüksək təzyiqin olması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Ünvanda yarım-oturaq vəziyyətdə olan şəxsdə tənginəfəslik, boğulma, tənəffüs çatışmazlığı, ritm pozğunluğu, yüksək hipertonik kriz şikayətləri qeydə alınıb. Xəstə müayinə edilib, oksigen inhalyasiya terapiyası aparılıb, vəziyyəti stabilləşdirilib. Monitor müşahidəsi altında xəstə tibb müəssisəsinə təxliyə olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır