Jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur
29.04.2025 15:52

Xəbər verdiyimiz kimi, “Modern” Media Qrupu ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur. 

 

Aztibb.az-ın xəbərinə görə, Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu xeyriyyə aksiyası davam etdirilib.

 

Aksiya zamanı 65 jurnalist müayinələrdən keçirilib. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov tərəfindən müxtəlif göz əməliyyatları icra edilıb. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da aparılacaq. 

 

Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir ki, bu sırada şəhid ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib