Qərbi azərbaycanlıların məskunlaşdığı Bəyimsarov kəndinin sakinləri tibbi müayinədən keçiblər
28.04.2025 14:50

Aprelin 28-də Tərtər rayon Bəyimsarov kəndində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibbi humanitar aksiya təşkil olunub.

 

Aztibb.az-a Tərtər RMX-dan verilən xəbərə görə, aksiyadan əvvəl iştirakçılar Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı fotosərgiyə baxıblar. İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü olduğunu diqqətə çatdırıb, onun zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb.

 

Aksiya zamanı Bəyimsarov kəndində məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi keçirilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verilib.

 

Kənd sakinləri müayinələrdən məmnunluqlarını ifadə edib, Qərbi Azərbaycana qayıdışı böyük inam və ümidlə gözlədiklərini diqqətə çatdırıblar.

 

Tədbir təşkilatçıları Bəyimsarov kəndində şəhidlər abidəsini ziyarət edib, şəhid ailələrinə baş çəkib, onlara müxtəlif sovqatlar çatdırıblar.

 

Qeyd edək ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda doğma yurdlarını tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımızın bir qismi Tərtərin Bəyimsarov kəndində məskunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır