ATU-nun nümayəndə heyəti Azərbaycanlı Həkimlərin Berlin Qurultayında iştirak edib
28.04.2025 11:33

Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (Deutsch-Aserbaidschanischer Medizinverband - DAMV) təşkilatçılığı ilə Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib. Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən qurultayda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli başda olmaqla, universitetin nümayəndə heyəti də iştirak edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkimin qatıldığı tədbirdə çıxış edən rektor Gəray Gəraybəyli qurultayın əhəmiyyətini vurğulayaraq, bu ölkədə çalışan həmkarlarına görə qürur duyduğunu bildirib və Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin fəaliyyətini Azərbaycanda tibb elminin inkişafına böyük töhfə kimi qiymətləndirib.

 

Rektor qeyd edib ki, Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, tibb sahəsində də aparılan islahatlar ölkəmizdə səhiyyə sisteminin inkişafına zəmin yaradıb: “Son illər ərzində tibb təhsilində də mühüm dəyişikliklər baş verib. Hazırda ölkəmizdə 4 ali məktəb - Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Qarabağ Universitetinin Tibb fakültəsi tibb təhsili verir. ATU bu ali məktəblərin hər biri ilə əməkdaşlıq edir”.

 

Ömrü boyu Tibb Universitetində çalışdığını və bununla fəxr etdiyini deyən professor G.Gəraybəyli ATU məzunlarının Almaniyada sayılıb-seçilməsindən, böyük uğurlara imza atmasından çox sevindiyini diqqətə çatdırıb.

 

Açılış çıxışlarından sonra panel iclaslarına start verilib. ATU-nun rektoru “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” mövzusunda I panel müzakirəsində çıxış edib.
ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev “Həkimlərin təşkilatlanması” adli II panel sessiyasında, Oftalmologiya kafedrasının dosenti, t.e.d. Tural Qəlbinur “Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda III panel müzakirəsində, Psixiatriya kafedrasının dosenti İkram Rüstəmov və Tədris Cərrahiyyə Klinikasının uroloq-androloqu, t.ü.f.d. Vasif İsmayıl isə IV panel çərçivəsində keçirilən açıq müzakirələrdə iştirak ediblər.

 

Qurultay çərçivəsində təşkil olunan müzakirələrdə Azərbaycan səhiyyəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, tibb təhsilindəki problemlər diqqət mərkəzində olub, beynəlxalq əməkdaşlıq imkanları araşdırılıb.

 

Qeyd edək ki, DAMV 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlər tərəfindən qurulub. Berlin qurultayı Azərbaycan və Avropadakı həkimlər üçün təcrübə mübadiləsinin aparıldığı, səhiyyənin inkişafına dair yeni tendensiyaların bölüşüldüyü önəmli bir platformadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır