Qazaxıstanlı tələbələr ATU-nun Epidemiologiya və biostatistika kafedrasında təcrübə keçiblər
27.04.2025 14:14

Qazaxıstanın Astana Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçiblər.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, ATU-da elmi məzuniyyətdə olan qazaxıstanlı tələbələr 3 həftəlik istehsalat təcrübəsini Epidemiologiya və biostatistika kafedrasında keçiriblər. Bu müddətdə onlar, kafedradaki dərs proqramları, universitetdəki şərait, imtahan prosesi ilə yaxından tanış olublar.

 

Tələbələrlə görüşən Epidemiologiya və biostatistika kafedrasının müdiri, əməkdar elm xadimi, professor İbadulla Ağayev onlara ATU-da təcrübə keçmələri haqqında müvafiq sertifikatlar təqdim edib.

 

ATU-da praktikada olan xarici tələbələr təcrübə haqqında təəssüratlarını bölüşüblər. Onlar üçün yaradılan yüksək dərs şəraiti və qonaqpərvəlik üçün ATU rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Bakıda səfərləri çərçivəsində tələbələr Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mütəxəssislər tərəfindən Respublika GEM-nin strukturu, şöbə, bölmə və laboratoriyalarının iş fəaliyyəti ilə tanış olublar və Respublika QİÇS-lə Mübarizə Mərkəzində istehsalat təcrübəsi keçiblər geniş məlumatlar əldə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır