Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası peşəkar mütəxəssisləri bir araya gətirir
26.04.2025 16:58

İnsan orqan və toxumalarının transplantasiyası xəstələrin ikinci həyat şansı əldə etməsi imkanı yaratdığı üçün bəşər tarixində ən böyük nailiyyətlərdən biri hesab olunur. Tibb elminin nisbətən gənc sahələrindən olan transplantologiya bu gün özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Hazırda dünyada gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası əməliyyatları icra olunur. Azərbaycanda isə qaraciyər, böyrək, gözün buynuz qişası və sümük iliyi transplantasiyası əməliyyatları həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, böyrək transplantasiyası böyrək çatmazlığının son dərəcəsindən əziyyət çəkən xəstələr üçün ən uyğun müalicə üsulu olaraq qəbul edilir. Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) ölkəmizdə böyrək transplantasiyası əməliyyatlarını icra edən mütəxəssisləri və ekspertləri vahid platforma altında bir araya gətirmək məqsədilə təsis olunmuşdur.

 

“Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyası” ictimai birliyi 13 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmişdir.

 

Assosiasiyanın əsas məqsədi böyrək transplantasiyası sahəsində əməkdaşlıq, bilik mübadiləsinin, elmi araşdırmaların aparılması, bu sahədə problemlərin müzakirəsi üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən cəmiyyətin böyrək transplantasiyası üzrə maarifləndirilməsidir.

 

BTMA-nın idarə heyətinin üzvləri sırasında müvafiq sahə üzrə (böyrək transplantasiyası, nefrologiya, urologiya və hemodializ) elmi araşdırmaları, habelə elmi dərəcə və adları olan bir çox mütəxəssis yer alıb. Assosiasiyanın İdarə Heyətinin sədri tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, tibb elmləri doktoru Rəşad Şolandır.

 

BTMA üzvlü olan hər bir mütəxəssis güzəştli (və ya ödənişsiz) şərtlərlə beynəlxalq və yerli konqres, konfrans, seminar və toplantılarda iştirak etmə hüququ qazanır. Üzvlərə BTMA ilə əməkdaşlıq müqaviləsi olan tibb müəssisələrində güzəştli (və ya ödənişsiz) təlim imkanları təklif edilir. Həmçinin Assosiasiya üzvlərinə çoxmərkəzli elmi tədqiqatlarda yer almaqla yanaşı, beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu elmi nəşrlərdə çap olunmağa yaxından dəstək verilir. BTMA üzvlüyünə həkim-rezident və tibb bacıları da qəbul olunur.

 

Hər il BTMA üzvləri arasından iki mütəxəssis Assosiyasiya hesabına dünyanın nüfuzlu universitet və klinikalarına kurs və təlimlərə göndərilir.

 

Bundan başqa, Assosiasiyada “xəstə yaxınları seksiyası”na üzv olan xəstə yaxınlarına ehtiyac duyduqları bütün aidiyyəti tibbi mövzularda konsultativ və maarifləndirici yardım göstərilir. BTMA tərəfindən nəşr olunan xəstələr üçün yaddaş kitabçaları və broşürlar həmin üzvlərə ödənişsiz olaraq mütəmadi təqdim edilir.

 

BTMA-nın prioritet istiqamətlərindən biri də kliniki tədqiqat kurslarının təşkildir. Assosiasiyanın üzvü olan həkim-uroloq, həkim-nefroloq və əlaqəli bütün mütəxəssislər üçün vaxtaşırı təlim, tədris və təhsil proqramları keçirilir. Cari ildən etibarən BTMA-nın əsas kliniki bazası olan Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzində kliniki tədqiqat kurslarına başlanılması nəzərdə tutulur. Bundan başqa, BTMA tərəfindən eksperimental tədqiqat və təlim kurslarına da başlanılacaq. Bu kursların müxtəlif eksperimental bazalarda təşkil olunması planlaşdırılır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub