Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndə heyəti Xəzər Tibb Mərkəzində olub
24.04.2025 17:05
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə komandasının rəhbəri Lauren MacDonald başçılıq etdiyi nümayəndə heyətində müxtəlif Avropa ölkələrindən mütəxəssislər iştirak edib.
 
Görüşdə Xəzər Tibb Mərkəzinin rəhbər şəxsləri, habelə müvafiq şöbə rəhbərliyi və əməkdaşları iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
 
Bildirilib ki, görüşdə infeksion xəstəliklər sahəsində yeniliklər və qabaqlayıcı tədbirlər müzakirə olunub. Nümayəndələrə Azərbaycandakı səhiyyə sisteminin mövcud vəziyyəti, xüsusilə infeksion xəstəliklərə qarşı mübarizə aparan struktur və proqramlar barədə məlumatlar verilib.
 
İnteraktiv formada baş tutan görüş zamanı müəssisə əməkdaşları onları maraqlandıran sualları nümayəndə heyətinə ünvanlayıb.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məqsədi infeksiyaların yayılmasının qarşısını almaq, səhiyyə sistemlərini inkişaf etdirmək və dünyanın müxtəlif bölgələrində tibbi mütəxəssislərin maariflənməsini təmin etməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır