Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb  
27.04.2025 15:40

Tokio Universitetinin alimləri xərçəng hüceyrələrini sağlam hüceyrələrdən ayırmağın yeni sadə üsulunu aşkar ediblər. Araşdırmalar göstərib ki, hüceyrələrin hərəkət trayektoriyasına əsasən onların bədxassəli dəyişikliklərə məruz qalıb-qalmadığını 94%-ə qədər dəqiqliklə müəyyən etmək mümkündür.

 

Aztibb.az www.innovanews.ru/-ya istinadla xəbər verir ki, alimlər adi mikroskop altında rəngləmə tələb etməyən fazalı-kontrast mikroskopiya üsulu ilə xərçəngli fibrosarkoma (bir növ birləşdirici toxuma şişi) və normal fibroblastların hərəkət davranışlarını müqayisə ediblər.

 

Xüsusi alqoritmin köməyi ilə sağlam və şiş hüceyrələrinin hərəkətinə aid əsas parametrləri təhlil etmək mümkün olub: sürət, trayektoriyanın dolanbaclığı və dönmə tezliyi.

 

Məlum olub ki, xərçəng hüceyrələri fərqli şəkildə hərəkət edir, belə ki, onlar daha tez-tez istiqamət dəyişir və hərəkətləri daha az hamar olur. Məhz bu xüsusiyyətlər sistemə bədxassəli hüceyrələri yüksək dəqiqliklə “tanımaq” imkanı verir.

 

Tədqiqatçılar qeyd ediblər ki, yeni yanaşma xərçəngin diaqnozunu daha sadə, sürətli və əlçatan edir. Bu üsulu baha avadanlıq olmadan əksər laboratoriyalarda tətbiq etmək mümkündür. Bundan əlavə, bu metod hüceyrə hərəkətliliyi ilə bağlı proseslərin, məsələn, toxumaların regenerasiyası, yaraların sağalması və orqanizmin infeksiyalara reaksiyası kimi halların öyrənilməsi üçün yeni imkanlar açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır