ATU-nun dosenti iqlim dəyişikliyinə dayanıqlı səhiyyə sistemləri üzrə kursu müvəffəqiyyətlə bitirib  
22.04.2025 10:04

Azərbaycan Tibb Universitetinin (ATU) İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent Aygün Babayeva “European Climate Resilient Health Systems” kursunu uğurla başa vurub. Kolumbiya Universitetinin (ABŞ) İqlim və Sağlamlıq Təhsili üzrə Qlobal Konsorsiumu və Avropa İctimai Səhiyyə Məktəbləri Assosiasiyası tərəfindən birgə təşkil olunan kursun məqsədi iqlim dəyişikliyi şəraitində səhiyyə sistemlərinin dayanıqlığını artırmaq üçün zəruri bilikləri paylaşmaqdan ibarətdir.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Qeyd olunub ki, proqram çərçivəsində iqlim dəyişikliyi şəraitində səhiyyə sistemləri, zəif tərəflərin və adaptasiya mexanizminin qiymətləndirilməsi,  fövqəladə halların qarşısının alınması və cavab tədbirləri, dayanıqlı inkişafın iqtisadi və tibbi faydaları kimi mövzular tədris olunub. Həmçinin, karbon izinin azaldılması üzrə strategiyalar, səhiyyə sistemində dayanıqlı texnologiyaların qiymətləndirilməsi, sistem dayanıqlılığının monitorinqi və qiymətləndirilməsi; idarəetmə, ədalət prinsipləri və iqlim fəaliyyəti; iqlim dəyişikliyi şəraitində tibbi kommunikasiya və s məsələlər müzakirə edilib.

 

Dosent Aygün Babayeva 10 həftəlik kursun sonunda keçirilən imtahanda yüksək nəticə qazanaraq  sertifikatla tətlif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub