ATU-nun Tədris Stomatoloji Klinikası səyyar xidmətlərə başlayıb
20.04.2025 15:22

ATU-nun Tədris Stomatoloji Klinikasının yeni səyyar xidmətinə start verilib.
 

ATU-dan Aztibb.az-a bildirilib ki, Klinikanın birinci həkim kollektivi və rezident həkimləri tərəfindən həyata keçirilən bu təşəbbüs stomatoloji xidmətlərə çıxışı asanlaşdırmaq və vətəndaşların ağız-diş sağlamlığını erkən mərhələdə qorumaq məqsədi daşıyır. Səyyar xidmətin ilk dayanacağı isə “Evrika” Özəl Liseyi olub. Burada 900-dən çox məktəblinin müayinəsi həyata keçirilib.

 

Xüsusi diqqət isə profilaktik və diaqnostik müayinələrə yönəldilib. Uşaqların ağız boşluğunda kariyes, diş əyrilikləri, diş ətində iltihabi proseslər və digər ortodontik-anatomik problemlər erkən mərhələdə aşkarlanaraq qeydiyyata alınıb. Bu da gələcəkdə ciddi müdaxilələrə ehtiyac olmadan vaxtında tədbir görülməsinə şərait yaradır.

 

Qeyd edək ki, səyyar xidmət yalnız məktəblərlə məhdudlaşmır. Layihə çərçivəsində Bakı şəhəri üzrə müxtəlif əraziləri əhatə edən növbəti səfərlər də planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır