Tibb Festivalına hazırlıq məsələləri müzakirə olunub
17.04.2025 13:46

 

Mayın ilk günlərində Azərbaycan Tibb Universitetində (ATU) Tibb  Festivalının keçirilməsi planlaşdırılır. Üç gün davam edəcək tədbir ATU-nun 95 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunur.

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli Tibb Festivalına hazırlıq üzrə işçi qrupun üzvləri ilə görüşüb.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, toplantıda Tibb Festivalının keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub, iş bölgüsü aparılıb. Rektor G.Gəraybəyli bu genişmiqyaslı tədbirə hazırlıq işlərinin gedişi ilə maraqlanıb, tədbirin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə bir sıra zəruri göstərişlər verib.

 

Toplantıda Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çxıış edərək görülən işlər haqqında məlumat veriblər.

 

Görüşdə universitetin rəhbər şəxsləri, struktur bölmə rəhbərləri ya inzibati heyətin nümayəndələri iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır